Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəzzaya endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın dəniz qüvvələrinin komandiri Mənsur Sami Mahmud Şahtut öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.
“Komandir Qəzzanın mərkəzinə endirilən hava hücumu zamanı iki silahlı ilə birlikdə məhv edilib”, - məlumatda qeyd olunub.