İsrail HƏMAS la razılaşmadan sonra Rəfah sərhəd keçid məntəqəsini açır

15.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İsrailin bu gün Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsini açacağı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, qərar HƏMAS-ın gecə saatlarında Qəzzada saxlanılan dörd israilli məhbusun cəsədini təhvil verməsindən sonra verilib.

KAN-ın məlumatına görə, hökumət HƏMAS-a qarşı tətbiq etdiyi sanksiyaları da ləğv edib.

Razılaşmaya əsasən, sərhədin açılması ilə humanitar yardımların Qəzzaya daxil olması davam edəcək.

HƏMAS-ın yaxın saatlarda daha bir neçə məhbusun cəsədini təhvil verəcəyi gözlənilir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью