İsrail HƏMAS liderinin cəsədini təhvil verməyəcəyini açıqlayıb

14.01.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail girov və əsir mübadiləsi razılaşması çərçivəsində HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın cəsədini geri verməyəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti İsrail hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail razılaşmanın bir hissəsi olmasına baxmayaraq, Yəhya Sinvarın cəsədini təhvil verməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Sinvar ötən ilin oktyabr ayında İsrail ordusu tərəfindən öldürülüb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью