İsrail HƏMASa Trampın andiçmə mərasiminə qədər vaxt verdi | Icma.az
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir. İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə Fələstinin HƏMAS hərəkatı ABŞ-nin yeni s
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Prezident Tramp vəzifəyə gələnə qədər girovlarla bağlı razılaşma həyata keçirilməzsə, Qəzzada HƏMAS tam məğlubiyyətə uğramalıdır”, - deyə nəşr müdafiə nazirindən sitat gətirib.
Bildirilib ki, Katz yanvarın 9-da axşam saatlarında İsrail ordusu komandanlığının, o cümlədən ordunun baş qərargah rəisi Herzi Halevinin iştirakı ilə müşavirə keçirib və orada hərbçilərə HƏMAS-ı tam məğlubiyyətə uğradacaq əməliyyat planının hazırlanması ilə bağlı göstəriş verib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu