Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İsraillə "Hizbullah" arasında əldə edilmiş razılaşmaya əsasən, İsrail Litani çayının şimalından-Livanın cənubundan qoşununu çıxarmalı idi.
Ötən gün tərəflər arasında atəşkəs yenidən pozularaq İsrail Livanın cənubunu bombalayıb.
Livan öz təhlükəsizlik qüvvələrini İsraillə sərhəddə yerləşdirməyib".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, hazırda Həmasla İsrail arasında atəşkəs kövrəkdi: "Tərəflər girovların mübadiləsini həyata keçirməyərək bir-birlərini şərtləri pozmaqda iddiham edir.
Amma, İsrailin baş naziri B. Netanyahu fələstin girovlarını qaytarmamaqla Həması eyni addım atmağa sövq edir. Bununla məqsədi D.
Trampın Həmasa qarşı kəskin siyasətini formalaşdırmaq və Qəzzada fələstinlilərin köçürülməsinə nail olmaqdır".