İsrail HƏMASın daha 4 komandirini öldürdü

10.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İsrail hərbi qüvvələrinin zərbələri nəticəsində HƏMAS hərəkatının Qəzza şəhər briqadasının 4 səhra komandiri öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzza şəhər briqadasında “Sabra” batalyonunun komandiri Usamə Əbu Namosu öldürüb. Əlavə hava hücumunda “Sabr”a batalyonunun komandir müavini Mahmud əl-Tark, bundan başqa, iki nəfər də - “Sabra”da “Nuhba” xüsusi təyinatlılarının komandirləri Mahmud Şahin və Həməda Diri öldürülüb”, - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью