İsrail HƏMASın dörd komandirini məhv etdi

06.12.2024

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

14:13

7 oktyabr 2023-cü ildə İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumda fəal iştirak edən HƏMAS-ın üç yüksək vəzifəli üzvü Qəzzada məhv edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Əməliyyatlar zamanı Şati batalyonunun komandir müavini və Nir Oz kibbutzuna hücumun liderlərindən olan Məcdi Akilan, HƏMAS-ın yüksək səviyyəli komandiri vəzifəsini icra edən Məmduh Mahana və Şati batalyonunun bölük komandiri Əhməd Suidan məhv edilib”, - məlumatda qeyd olunub.

***

İsrail HƏMAS-ın Qəzza şəhərindəki hava qüvvələrinin komandiri Nidal əl-Nacarı hava zərbəsi ilə zərərsizləşdirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью