İsrail HƏMASın mövqelərinə zərbə endirib

25.12.2024

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində humanitar zonada fəaliyyət göstərən HƏMAS qruplaşmasına hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün çoxlu addımlar atılıb.

Qeyd edilib ki, İDF İsrail vətəndaşlarını qorumaq üçün HƏMAS-a qarşı əməliyyatları davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью