İsrail HƏMASın üç fəalını məhv etdi

04.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail hərbçiləri İordan çayının Qərb sahilinin şimalında Fələstinin Əqabə kəndi yaxınlığına endirdiyi hava zərbəsi ilə HƏMAS hərəkatının üç fəalını öldürüb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Terror aktı planlaşdıran üç HƏMAS terrorçusu məhv edilib”, - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, zərbədən sonra İDF əsgərləri ərazidə məqsədyönlü reyd keçirib və dörd ədəd odlu silah aşkar ediblər.

Zaur, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью