İsrail hərbçiləri 2 mindən çox Hizbullah yaraqlısını öldürüb

07.05.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri son bir ay ərzində “Hizbullah” hərəkatının 200-dən çox silahlı üzvünü zərərsizləşdirib.

“Cebheinfo.az” xarici mediaya istinadən bildirir ki, Baş nazirin ofisinin yaydığı videomüraciətdə Netanyahu deyib:

“Bir ay ərzində İsrail vətəndaşlarına və ordumuzun əsgərlərinə qarşı fəaliyyət göstərən 200-dən çox “Hizbullah” terrorçusunu məhv etmişik”.

Netanyahu əlavə edib ki, mayın 6-da İsrail ordusu Beirut şəhərində “Hizbullah”ın “Radvan” xüsusi təyinatlı dəstəsinin komandirini öldürüb.

Onun sözlərinə görə, həmin şəxs “Şimali İsraili ələ keçirmək planına rəhbərlik edən yüksək rütbəli terrorçu” olub.

Baş nazir bildirib ki, sözügedən şəxs Beyrutdakı gizli qərargahdan hücumları idarə etməyə davam edə biləcəyini düşünürdü:

“O, Beyrutda toxunulmaz olduğunu hesab edirdi, amma artıq belə deyil”.Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri də mayın 6-da Beyrutda keçirilən əməliyyat nəticəsində “Radvan” bölməsinin komandirinin öldürüldüyünü təsdiqləyib. 

Ordunun məlumatına görə, əməliyyat zamanı “Hizbullah”ın digər yüksəkvəzifəli üzvləri, o cümlədən Nasir bölməsinin kəşfiyyat rəhbəri və hava hücumundan müdafiə nəzarətçisi də öldürülüb.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью