İsrail hərbçiləri 35 fələstinlini qandallayıb Aralarında tanınmış şəxs də var | Icma.az
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsün müxtəlif bölgələrində bu günn əməliyyatlar keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mahmud Abbasın lideri olduğu Fələstin Azadlıq Təşkilatının (FAT) bəyanat yayıb.
Bəyanatda deyilir ki, əməliyyatla aralarında Fələstin Azadlıq Təşkilatının (FAT) qanunsuz "Yəhudi Məskunlaşma" planına qarşı Mübarizə Hərəkatının lideri Murad İştivi də daxil olmaqla 35 nəfəri saxlanılıb.
Məlumata görə, basqın və sorğu-suallar Cenin, Nablus, Tulkarim, Hebron, Qalqilya və Jericho şəhərlərində hələ də davam edir.
Tahir Şəlvəli MİA.AZ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu