İsrail hərbçiləri döyüşdən imtina etdi Sensasion şərt

14.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İsrail ordusunun 200-ə yaxın hərbçisi Qəzzada atəşkəs imzalanmayacağı təqdirdə xidmətdən imtina edəcəkləri barədə açıq məktub yayıblar.

Axar.az xəbər verir ki, bu barədə AP-yə israilli əsgərlərdən biri deyib.

“Müharibə cinayəti törətmişəm və buna görə təəssüflənirəm. Qəzzada döyüşməkdən imtina edirik. Qəzzada gördüklərimizi qəbullanmaq uzun vaxt aldı. Hərbçilər hədiyyəlik əşya toplamaq üçün evləri qarət etdi”, - deyə o bildirib.

Qeyd edək ki, son günlər İsrail və HƏMAS nümayəndələri arasında vasitəçilərin iştirakı ilə Qəzzada atəşkəslə bağlı intensiv danışıqlar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью