İsrail hərbçiləri girovların qəbuluna hazırlıq GÖRÜR

18.01.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İsrail hərbçiləri Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 19-da səhər azad edilməli olan girovların qəbuluna hazırlıq görürlər.

Redaktor.az  xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri yanvarın 18-də siyasi rəhbərlik tərəfindən təsdiqlənmiş girovların qaytarılması haqqında razılaşmanın həyata keçirilməsinə hazırlaşır. Saziş yanvarın 19-da saat 08:30-da qüvvəyə minəcək və İsrail Müdafiə Qüvvələrinin bölmələri onun çərçivəsində yerlərdə əməliyyat prosedurları həyata keçirəcək", - məlumatda deyilir.

Hərbçilər azad edilənlərə müvafiq fiziki və psixoloji dəstək göstərəcəklər.

"İsrail Müdafiə Qüvvələri həmçinin bütün İsrail vətəndaşlarının, xüsusən də Qəzza zolağı yaxınlığındakı yaşayış məntəqələrində yaşayanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində işi davam etdirəcək", - məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью