İsrail hərbçiləri HƏMAS ın hərbi qanadının komandirini öldürüblər

24.09.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İsrail hərbçiləri Qəzza şəhərində HƏMAS hərəkatının hərbi qanadının komandirini öldürüblər.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Ordusu yeddi vətəndaşın girov saxlanılmasında iştirak etmiş HƏMAS-ın hərbi qanadının komandiri Mahmud Əbdülfəttah Əvadı zərərsizləşdirib", - məlumatda bildirilib.

Qeyd olunub ki, o, son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar planlaşdırır, eləcə də HƏMAS-ın döyüş potensialının bərpası ilə məşğul olurdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью