İsrail hərbçiləri qaçqın düşərgəsinə partlayıcı yerləşdirən iki radikalı hədəfə alıb | Icm…
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail hərbçiləri Qəzza zolağına yeni hücuma keçərək anklavın mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsi ərazisinə partlayıcı qurğu yerləşdirən iki fələstinli radikalı hədəfə alıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İki terrorçu Qəzzanın mərkəzindəki Əl-Bureyc bölgəsində İsrail hərbçilərinin yaxınlığında yerə partlayıcı qurğu yerləşdirməyə cəhd edib.
Hərbçilər terrorçulara zərbə endirib”, - deyə məlumatda bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu