İsrail hərbi aviasiyası Suriyada Hizbullah komandirlərindən birini zərərsizləşdirib

03.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin Suriya ərazisinə endirdiyi aviazərbələr zamanı Hizbullahın komandirlərindən biri öldürülüb.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Sky News Arabia” yayıb.

Dəməşqin hava limanına gedən yolda baş verən hadisə zamanı həmin şəxsin olduğu avtomobil hədəfə alınıb. Nəticədə sürücü ağır yaralanıb.

Qeyd edək ki, ötən ildən İsrail Suriyaya aviazərbələri intensivləşdirsə də hələlik sonuncu insidentlə bağlı rəsmi açıqlama verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью