İsrail HHQ Beyrutu bombaladı: Səkkizmərtəbəli bina yerlə bir oldu

23.11.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail HHQ-nin Livan paytaxtına hava hücumu nəticəsində ən azı 11 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Hadath" telekanalı Beyrutdakı tibbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, əl-Bosta əl-Fauka rayonunda səkkizmərtəbəli bina tamamilə dağılıb, daha beş qonşu binaya ziyan dəyib. Xilasetmə briqadaları partlayış yerində dağıntıların təmizlənməsini davam etdirir.

Ölənlərin və yaralananların sayının arta biləcəyi istisna olunmur.

O da vurğulanıb ki, İsrail HHQ təyyarələri "Hizbullah" təşkilatının xarici təhlükəsizlik xidmətinin rəhbəri Təllal Hamiəni öldürmək məqsədilə Livan paytaxtının mərkəzi hissəsinə hücum edib. Ancaq həmin şəxsin hava hücumu zamanı ölüb-ölmədiyi qeyd olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью