İsrail HHQ İranda nəhəng raket anbarı bombalayıb

21.06.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gecə İsrailin Hərbi Hava Qüvvələri İrana hücumları iki güclü dalğada həyata keçirilib və ölkənin qərbindəki nəhəng ballistik raket anbar tunelinə hücum edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.

Hücum 15 döyüş təyyarəsi və 30-dan çox hərbi sursatdan istifadə edilməklə həyata keçirilib və orada çoxlu sayda atıcı sistem komponentləri və buraxılış qurğuları olub.

Başqa bir dalğada isə 50 qırıcı təyyarə 130-dan çox sursatdan istifadə etməklə İsfahana hücum edib və orada nüvə obyektindən əlavə, hava hücumundan müdafiə batareyaları, tunellər və ballistik raket obyektləri də hücuma məruz qalıb.

Son günlər buraxılış qurğularının yarıdan çoxu məhv edilib, daha çoxu isə dağlardakı yeraltı bunkerlərdə qalıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью