İsrail HHQ şərqdən göndərilən PUAnı vurub

18.11.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələri şərqdən atılan pilotsuz uçuş aparatını vurub.

Bu barədə Ordunun Mətbuat xidməti xəbər verib.

Məlumata görə, PUA İsrail sərhədini keçməzdən əvvəl vurulub.

Nazirlik qeyd edib ki, hücumla əlaqədar Qırmızı dəniz sahilindəki Eylat şəhəri ərazisində “protokola uyğun olaraq” hava xəbərdarlığı elan edilib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan radikal HƏMAS qrupunun silahlılarının İsrail ərazisinə keçməsi, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin qətlə yetirilməsi və 240-dan çox insanın girov götürülməsi ilə kəskin şəkildə pisləşib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью