İsrail Hizbullah hədəflərinə zərbələr endirdi

25.01.2026

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə və yaraqlılarına zərbələr endirib.

"Unikal" xəbər verir ki, ölkənin cənubunda hücuma məruz qalan hədəflər arasında Hizbullah yaraqlılarının fəaliyyət göstərdiyi bir bina, Bekaa bölgəsindəki Hizbullah hərbi obyektləri də dağıdılıb.

"Hizbullah terror təşkilatı əməliyyatçılarının hücuma məruz qalan infrastrukturda fəaliyyəti İsrail və Livan arasındakı razılaşmaları pozur", - deyə İsrail ordusunun bəyanatında qeyd edilib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью