İsrail Hizbullah ın 15 dən çox obyektini vurub

07.05.2026

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail hərbçiləri Livanın cənubunda şiə "Hizbullah" hərəkatının infrastrukturuna yeni zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, 6 may tarixində Cənubi Livanın bir neçə rayonunda "Hizbullah"a məxsus ümumilikdə 15-dən çox obyekt hücuma məruz qalıb. İsrail tərəfinin məlumatına görə, hərbi məqsədlər üçün istifadə edilən silah anbarları, silah istehsalı yerləri, raketatıcı qurğular, qərargahlar və digər obyektlər vurulub.

Bundan əlavə, ordu bəyan edib ki, 7 mayın səhər saatlarında Livanın cənubunda fəaliyyət göstərən İsrail hərbçiləri "Hizbullah" tərəfindən yenidən atəşə tutulub. Onların istiqamətinə bir neçə raket atılıb, İsrail tərəfindən xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью