İsrail Hizbullah ın hərbi obyektlərini bombaladı

08.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Kəşfiyyat məlumatlarına görə Livanın cənubunda raket qurğuları və silahlarının yerləşdiyi "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirilib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl qüvvələrimiz mövcud kəşfiyyat məlumatlarına əsaslanaraq Livanın cənubunda "Hizbullah" terror təşkilatına məxsus hərbi obyektlərə zərbələr endirib, onların silahları və raket buraxılış qurğuları aşkar edilib", - deyə məlumatda bildirilir.

İsrail tərəfi Livanın cənubunda belə obyektlərin olmasının ölkənin təhlükəsizliyinə təhdid olduğunu və beynəlxalq sülh sazişlərinin pozulması olduğunu bəyan edib.

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью