İsrail Hizbullah ın hərbi qanadının üzvünü məhv edib

12.07.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti dəfə dəqiq zərbə endirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, zərbə Əl-Xiyam şəhərinin ətrafına endirilib. Hücumun hədəfi "Hizbullah"ın hərbi qanadının üzvlərindən biri olub. Zərbə nəticəsində o məhv edilib.

Hərbçilər məhv edilən radikalın adını açıqlamayıblar, lakin qeyd ediblər ki, o, təşkilatın dəstələrinin tank əleyhinə bölməsinin sıralarında fəaliyyət göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью