İsrail Hizbullah ın PUA sını sərhəddə vurdu

29.04.2026

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Hərbi Hava Qüvvələri Livan tərəfindən buraxılan pilotsuz uçuş aparatını (PUA) İsrail sərhədini keçməmiş, Avivim bölgəsində uğurla zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

Digər bir hadisədə isə Cənubi Livanda İsrail ordusunun fəaliyyət göstərdiyi bölgədə aşkarlanan "şübhəli hava hədəfi"nə qarşı önləyici raket buraxılıb. Hazırda əməliyyatın nəticələri dəqiqləşdirilir. Hədəf İsrail sərhədini keçməyib. Mövcud təhlükəsizlik siyasətinə uyğun olaraq, bölgədə həyəcan siqnalı verilməyib.

Ordunun bəyanatında deyilir: "Bu, 'Hizbullah' terror təşkilatı tərəfindən atəşkəs razılaşmalarının növbəti dəfə pozulmasıdır."

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью