İsrail “Hizbullah” komandirini zərərsizləşdirdi

22.10.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın “Radvan” xüsusi təyinatlı taqımının komandirini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Ayn Qana rayonunda “Radvan” taqımının komandiri İsa Kərbəlanı zərərsizləşdirib”, - bəyanatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, o, Livana silah tədarükü və İsrailə qarşı terror hücumlarının hazırlanması ilə məşğul olub.
İsrail ordusu bu fəaliyyəti “İsrail və Livan arasında atəşkəs razılaşmasının pozulması” adlandırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью