İsrail Hizbullah liderini öldürməyi planlaşdırdığını bəyan edib

02.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsrailin müdafiə naziri İsrael Kats ölkənin Müdafiə Ordusunun "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasimi öldürməyi hədəflədiyini bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, qərar "Hizbullah"ın İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirməsi fonunda qəbul edilib.

"İsraili atəşə tutması "Hizbullah"a baha başa gələcək, Naim Qasim isə bundan sonra məhv edilməli olan hədəfdir", - Kats yazıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью