İsrail “Hizbullah”ın 10 obyektinə zərbələr endirib

03.07.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail ordusu Livanın cənubunda yeni zərbələr endirib.

525.az xəbər verir  ki, bu barədə İsrail ordunun mətbuat xidməti məlumat yayıb.

Ordudan bildirilib ki, “Hizbullah”a məxsus ən azı 10 infrastruktur obyektinə hücum edilib. Bu, "Hizbullah” tərəfindən atəşkəs sazişinin pozulmasına və təhlükəsizlik zonasında orduya hücumlara cavab olaraq edilib.

Bəyanatda deyilir: "İsrail Müdafiə Qüvvələri öz qoşunlarına və İsrail mülki əhalisinə qarşı hər hansı bir təhdidin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək".

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью