İsrail Hizbullahın daha bir məsul şəxsinin zərərsizləşdirildiyini açıqlayıb

29.10.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Livanın cənubunda Kana bölgəsində Hizbullahın logistik təminatından məsul olan Hüseyn Əli Tohmeh məhv edilib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Livan mənbələrinin məlumatına görə, o, oktyabrın 14-də İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində yaralanıb və dünən gecə aldığı xəsarətlərdən ölüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью