İsrail “Hizbullah”ın dron istehsalı məntəqələrini vurdu

06.06.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail qırıcıları Beyrutun cənubunda yerləşən və “Hizbullah”ın pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün istifadə etdiyi məntəqələrə zərbələr endirir.

Teleqraf “The Times of Israel” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl İDF Livan paytaxtında bir neçə binanın sakinləri üçün təxliyə xəbərdarlığı elan edib. Xəbərdarlıq şəhər sakinləri arasında təşvişə səbəb olub, ərazini tərk etməyə çalışan insanların tıxaclarda ilişib qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью