İsrail “Hizbullah”ın raket komandirini zərərsizləşdirdi

31.05.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İsrail hərbçiləri Livanın cənubuna yeni dəqiq zərbə endirərək, “Hizbullah” təşkilatının yerli silahlı birləşmələrinin komandirlərindən birini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi Məhəmməd Əli Camul olub.
İsrail ordusunun məlumatına görə, o, Livanın cənubundakı Deyr əz-Zəhrani bölgəsində fəaliyyət göstərən “Hizbullah”ın raket bölməsinə komandirlik edib.
Ordu Livan-İsrail sərhədində gərginliyin artdığı bir vaxtda onun raket atəşini İsrailə yönəltdiyini bildirib.
Bundan əlavə, hərbi məlumatlara görə, o, bu yaxınlarda “Hizbullah”ın bölgədəki hərbi infrastrukturunun bərpasında iştirak edib.
İsrail ordusunun fikrincə, Əli Camulun hərəkətləri İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью