İsrail Hizbullahın silah qaçaqmalçılığı marşrutlarına hücum edir

06.12.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Livanla sərhədində Hizbullah hərəkatının silah anbarlarına və silah qaçaqmalçılığı marşrutlarına hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədində Suriya rejiminin nəzarət-buraxılış məntəqələri yaxınlığında yerləşən silah qaçaqmalçılığı yollarına və terror infrastrukturuna hücumlar həyata keçirildiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью