İsrail Hizbullahın Suriya sərhədindəki anbarlarını vurdu

06.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail aviasiyası Suriyanın Livanla sərhədində Hizbullahın silah anbarları və silah qaçaqmalçılığı marşrutlarına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədindəki nəzarət-buraxılış məntəqələri yaxınlığında yerləşən silah qaçaqmalçılığı yollarına və terrorçuların infrastrukturuna zərbələr endirib. Bu marşrutlar Hizbullah tərəfindən silahların saxlanması və qaçaqmalçılığı üçün istifadə olunurdu”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью