İsrail Hodeyda limanlarını bombaladı Qırmızı dənizdə gərginlik artır KONKRET

16.05.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Hərbi Hava Qüvvələri Yəmənin qərbində yerləşən Hodeyda əyalətindəki iki limanı hava zərbələri ilə vurub.

KONKRET.az xəbər verir ki, bu barədə Yəmənin “Al Masirah” telekanalı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində Qırmızı dəniz sahilində yerləşən Səlif və Hodeyda limanları hədəf alınıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin paytaxt Sənada yerləşən hava limanına aviazərbə endirdiyi və obyektin tamamilə məhv edildiyi bildirilmişdi. Həmçinin, Sənanın Dəxban bölgəsində yerləşən elektrik stansiyası da hücumlara məruz qalıb.

Bu hücumlar regionda gərginliyin daha da artmasına səbəb olub.

Müşviq Tofiqoğlu
KONKRET.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью