İsrail hökuməti sabah toplanır Fikir ayrılıqları ortadan qalxdı, razılaşma təsdiqlənir

16.01.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Baş nazir netanyahunun sədrliyi ilə sabah İsrail Nazirlər Kabineti təcili iclas keçirəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hökumət daxilində fikir ayrılıqları ilə bağlı müzakirələrin getməsinə baxmayaraq, sabah hökumət Qəzzada yanvarın 19-da qüvvəyə minəcək atəşkəs və əsir mübadiləsinə dair razılaşmanı təsdiqləyəcək.

“The Jerusalem Post”a bu faktı ultra-ortodoks yəhudi Şas Partiyasının lideri Arye Deri təsdirləyi: "Bəli, bu barəəd artıq bizi məlumatlandırıblar. Bildiyimə görə, hökumət daxilində anlaşmaya qarşı çıxanlar artıq geri çəkiliblər...".

Tahir Şəlvəli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью