Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.
Baş nazir buna səbəb kimi aralarında yaranan fikir ayrılığını göstərib.
Vəzifədən ayrılandan sonra açıqlama verən keçmiş nazir isə fikir ayrılığının səbəbinin girovların azad edilməsi ilə bağlı olduğunu bildirib.
Qalantın fikrincə, əsrlər azad edilə bilər, ancaq bunun üçün İsrail ağır bədəl ödəməlidir.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Qalant keçmiş hərbçi və kifayət qədər radikal siyasətçidir: “O, 2008-2009-cu illərdə Qəzza zolağında HƏMAS-a qarşı “Çuqun” əməliyyatının rəhbəri olub.
Məhz bu əməliyyat nəticəsində İsrail ordusu təşkilata çox zərbə vurub, hərbi komandanlığın əksər üzvlərini sıradan çıxarıb.
Qalant fələstinlilərə qarşı nifrət bəsləyir və onlarla bütün növ danışıqlara mənfi baxır.