GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusu Livanın cənub bölgələrində “Hizbullah”a məxsus hərbi obyektlərə qarşı yeni hava zərbələri həyata keçirib.
Globalinfo.az xəbər verir ki, məlumatı ordunun rəsmi mətbuat xidməti yayıb.
Gün ərzində Məzraət-Abudiya yaşayış məntəqəsində təşkilatın bir neçə mühəndis texnikası hədəf götürülüb. İsrail tərəfi bildirir ki, həmin texnika hərbi infrastrukturun bərpası üçün istifadə olunurdu.
Həmçinin, İsrailin açıqlamasına görə, silahlı birləşmələrin üzvü məhv edilib, regionda tanklara qarşı raketlərin saxlandığı anbarlar və digər hərbi obyektlər zərbələr nəticəsində dağıdılıb. Məqsəd “Hizbullah”ın hərbi imkanlarının məhdudlaşdırılmasıdır.