İsrail hücuma məruz qala bilər Netanyahu

29.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

27 oktyabrda keçiriləcək parlament seçkilərindən əvvəl İsrail hücum təhlükəsi ilə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Tel Nof Hərbi Hava Qüvvələri Bazasında çıxışında deyib.

"Düşmənlərimizin seçkilərdən əvvəl bizə hücum etməyə cəhd edəcəyinə dair əlamətlər var. Buna görə də, buradan, İsrail Dövlətinin uzun əlinin fəaliyyət göstərdiyi bu Hərbi Hava Qüvvələri bazasından onlara bir mesaj göndərirəm: Bizimlə məşğul olmayın – nə indi, nə də sonra. Uzun əlimiz sizə istənilən yerdə, istənilən vaxt çatacaq", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью