İsrail hücumları: Bir sutkada 28 nəfər həlak oldu

18.06.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində son sutka ərzində azı 28 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailə məxsus təyyarələr Nəbatiyyə şəhərinə və ətraf yaşayış məntəqələrinə bir sıra hava zərbələri endirib. Hücumlar nəticəsində 28 nəfər ölüb.
Nazirliyin yayımladığı hesabatda bildirilib ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından indiyədək həlak olanların ümumi sayı 3 912 nəfərə, yaralananların sayı isə 11 873 nəfərə çatıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью