İsrail hücumları nəticəsində daha 4 nəfər həlak OLDU

15.11.2024

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Qəzza zolağının şimalındakı Beyt Lahiya və Qəzza şəhərlərinə iki pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumlarda 4 fələstinli həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən biri qadındır.

İsrailin Qəzza şəhərinin cənub-şərqindəki Zeytun rayonunda PUA ilə həyata keçirdiyi hücumda isə 3 fələstinli həlak olub, 2 fələstinli yaralanıb.

Türkan İSGƏNDƏRLİ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью