İsrail Husilərə məxsus enerji obyektinə zərbələr endirib

17.08.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail Səna bölgəsində Husilərə məxsus enerji obyektinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zərbələr Husi terror rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı təkrar hücumlarına, o cümlədən ölkə ərazisinə doğru yer-yer raketləri və pilotsuz uçuş aparatlarının atılmasına cavab olaraq Səna bölgəsində həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью