İsrail husilərə məxsus hərbi infrastrukturu məhv edib

21.07.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Müdafiə Qüvvələri (IDF) Hudeyda limanına havadan zərbələr endirməklə Yəməndə husilərə məxsus hərbi infrastrukturu məhv edib.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Hədəflər arasında liman infrastrukturunun bərpası üçün istifadə olunan mühəndis avadanlığı, yanacaq çənləri və liman yaxınlığındakı dəniz ərazisində İsrail dövlətinə və gəmilərə qarşı hərbi fəaliyyət (hücumlar) üçün istifadə olunan gəmilərin olduğu bildirilir.

İsrail husilərin raket və dron hücumlarına cavab olaraq Hudeyda limanına bir neçə dəfə zərbələr endirib. İsrail Müdafiə Qüvvələri bildirir ki, husilər bu limandan terror fəaliyyəti, eləcə də İrandan silah idxalı üçün istifadə edirlər.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью