İsrail iki yaşayış məntəqəsində əməliyyat keçirib

20.02.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri yeddi zirehli maşınla Yarmuk çayı kənarındakı Masartiya qəsəbəsinə daxil olublar. Yerli sakinlərin evlərində aparılan axtarışlar zamanı radikal qruplaşmaların üzvləri olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Məlumata görə, xüsusi təyinatlıların digər dəstəsi Saysun yaşayış məntəqəsində əməliyyat keçirib və tədbirlər zamanı oraya aparan yollar bağlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью