İsrail ilə 12 günlük savaşda nə qədər iranlı həlak olub? Statistika açıqlandı

23.07.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda İsrail ilə baş verən 12 günlük müharibədə nə qədər insanın həlak olduğu açıqlanıb.

Bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat verib.

Onun sözlərinə görə, qarşıdurma zamanı ümumilikdə 1062 iranlı həyatını itirib. Bunlardan 102-si qadın, 38-i isə uşaqdır. Ölənlər arasında həmçinin 5 yardım işçisi, 5 tibb bacısı və 7 humanitar işçi, 34 tələbə və 5 təhsil işçisi yer alır. Bir neçə şəxsin professor və elmi heyətdən olduğu bildirilib.

Mühacirani əlavə edib ki, İsrailin hava hücumları nəticəsində ölənlərin 786 nəfəri hərbçi, 276-sı isə mülki şəxs olub. 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью