Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi yerləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bunu yəhudi dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev İsrail ordu radiosu "Qaley SAXAL"a müsahibəsində təsdiqləyib.
"BƏƏ ballistik raketlərin ən böyük problemlərdən biri olduğunu anladı və onlar bizim (İsrailin) dəstəyimizdən yararlanırlar", — deyə o bildirib. "Maariv" qəzeti qeyd edir ki, Regevin bəyanatı İsrail naziri tərəfindən "Dəmir Günbəz" batareyalarının BƏƏ-yə ötürülməsi faktının ilk dəfə etiraf edilməsidir. Bundan əvvəl İsrail tərəfi bu mövzunu rəsmi olaraq şərh etməmişdi.
Məryəm Quliyeva