İsrail insanlığa meydan oxuyur

18.03.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail beynəlxalq hüququ və ümumbəşəri dəyərləri ən ciddi şəkildə pozaraq bəşəriyyətə meydan oxuyur.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, İsrailin bu səhər Qəzzada həyata keçirdiyi hücumlarda yüzlərlə fələstinlini qətlə yetirməsi Baş nazir Benyamin Netanyahu hökumətinin soyqırım siyasətində yeni mərhələyə qədəm qoyur.

Qeyd edək ki, İsrailin atəşkəsi pozaraq Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 300 nəfəri keçib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью