İsrail İordan çayının qərb sahilinə basqınları davam etdirir Azı 20 fələstinlini saxlayıb

21.01.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin İordan çayının qərb sahilinə basqınları davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) açıqlama yayıb.

Bildirilib ki, İsrail hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində fələstinlilərin evlərinə girib: "Nablus, Hebron, Qalkilya və Ramallah şəhərlərindəki basqınlarda aralarında ikisi qadın olmaqla, azı 20 nəfər tutulub. Təəssüf ki, hərbçilər qanunsuz həbslərlə yanaşı, sakinlərin ev və əşyalarına da zərrə vurublar..."

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью