İsrail iqtisadiyyatına milyardlarla dollarlıq ziyan dəyib KONKRET

26.11.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Yaxın Şərqdəki müharibə İsrail iqtisadiyyatına milyardlarla dollar ziyan vurub.

KONKRET.az Bloomberg -ə istinadən xəbər verir ki, İsrail bu ziyanı ödəməyin yollarını axtarır. Mənbənin iddiasına görə İsrail hökuməti əmindir ki, Qəzza və Livandakı müharibələr nəticəsində gərginləşən iqtisadiyyat gələn il döyüşlər səngidikcə dirçələcək. Bloomberg Televiziyasına İsrail Maliyyə Nazirliyinin baş iqtisadçısı Şmuel Abramzon müsahibəsində bildirib ki, münaqişənin sona çatmağını gözləyirlər: “Əgər toqquşmalar dayansa, 2025-ci ildə müsbət dəyişikliklər gözlənilir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью