İsrail İran casusunu həbs etdi

26.09.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin təhlükəsizlik xidməti Amerika və İsrail ikili vətəndaşlığı olan İran casusunu həbs edib.

Axar.az xəbər verir ki, bu haqda İsrailin Daxili Təhlükəsizlik Agentliyi (Şinbet ) məlumat yayıb.

Məlumata görə, 49 yaşlı Yakov Perl bu ayın əvvəlində İrana casusluq ittihamına görə saxlanılıb.

İsrail rəsmiləri Perlin son illərdə Mərakeşdə yaşadığını və ilk dəfə 2017-ci ildə İranın oradakı səfirliyi ilə telefon vasitəsilə əlaqə saxladığını bildirib. Perl öz missiyaları üçün Tehran tərəfindən rəqəmsal valyuta vasitəsilə vəsait alıb.

Həmçinin qeyd olunub ki, o, 2017-ci ildə İrana sığınmaq üçün müraciət edib, ancaq Tehrandan cavab almayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью