İsrail İran Mərkəzi Bankını terror təşkilatı kimi tanıyıb

25.06.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İsrail İranın Mərkəzi Bankını terror təşkilatı kimi tanıyıb.

APA xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz “X” hesabında bildirib.

O, İranın Mərkəzi Bankını “terror qruplaşmalarına milyardların ötürülməsində” ittiham edib.

Nazir əlavə edib ki, İsrail İranın “şər şəbəkəsi”ni ifşa edərək məhv edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью