Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İsrail-İran qarşıdurması bölgəmizi ciddi risk altına qoydu. Təəssüflər olsun ki, bir neçə gün davam edən qarşıdurma və qarşılıqlı zərbələr nəticəsində yüzlərlə insan həyatını itirdi, bir o qədər insan yaralandı".
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqada keçiirilən sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyə lideri bildirib ki, halbuki yerlışdiyimiz coğrafiyanın sülhə, təhlükəsizliyə ciddi ehtiyacı var:
"Bu baxımdan bölgədə qarşıdurmalara son vermək, problemlərin danışıqlar yolu ilə həllinə nail olmaq zəruridir".
Süleyman